Serebral İflic nədir?

138

Serebral iflic (Sİ) insanın hərəkət və müvazinətini, duruşunu kontrol etmək qabiliyyətinə təsir edən bir qrup xəstəlikdir. Sİ uşaqlıqda ən çox rast gəlinən motor əlilliyidir. “Serebral” sözü beyinlə əlaqəli olmaq mənasını daşıyır. “İflic” zəiflik və ya əzələ hərəkətlərinin natamam kontrolu ilə bağlı problemlər deməkdir. Anormal beyin inkişafının və ya beynin zədələnməsinin nəticəsində yaranan Sİ əzələləri idarə etmək qabiliyyətini məhdudlaşdırır. Xəstəlik bədənin koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsinə maneə törədir. O, həmçinin tənəffüs, mədə-bağırsaq sisteminə, sidik kisəsinin əzələ funksiyasına, qidalanma və nitqə təsir göstərə bilər.