Doğuş zamanı yaranan fəsadlar körpəni serebral iflic riski altına necə qoyur?

140

İngilis dili mənbələrində doğuşun üç P-si kimi tanınan abbreviatura doğuş zamanı yaranan fəsadları açıqlayır.

Passageway – keçid yolu (körpənin ananın çanağından, doğum kanalından keçdiyi yol)

Passanger – sərnişin (Dölün ölçüsü, ana bətnində yerləşməsi, doğuş gəlişi (baş, ayaq, çanaq))

Power – güc (Doğuş sancısının gücü və tezliyi)

Anada anatomik olaraq çanaq darlığı, dölün çəkisinin yüksək olması, hamiləlik və doğuş zamanı göbək ciyəsinin uşağın boynuna dolanması, göbək ciyəsinin sıxılması, prolapsı, plasentanın ayrılması, doğuş vaxtı uşağın baş gəlişi ilə deyil ayaq, çanaq gəlişi ilə gəlməsi, maşa və vakuum çıxarıcı vasitələrin düzgün istifadə edilməməsi körpəyə oksigen tədarükünü azaldan və ya travma nəticəsində beyin qanaxmasına səbəb olan faktorlardır. Bütün bunlar serebral iflicin yaranmaslna gətirib çıxardan vəziyyətlərdi.