Gələcək ananın hansı tibbi vəziyyətləri körpəni serebral iflic riski altına qoya bilər?

147

Ananın hipertoniyası (yüksək qan təzyiqi)  plasenta infarktı (plasenta daxilində dölün qan dövranını poza bilən lezyon) və ya plasentanın ayrılması kimi fəsadlar verə bilər. Bu vəziyyətlərdə kəskin şəkildə uşağa oksigen techizatınını dayandırıla bilər.

Ağır ana hipertenziyası (preeklampsiya) körpə və ananda qıcolmaların yaranması riski yaradır.  Bunular yanaşı HELLP (hemoliz, qaraciyər fermentlərinin yüksəlməsi və aşağı trombosit sayı sindromu) digər orqanlara təsir edən və erkən doğuş ilə nəticələnən tibbi vəziyyətdir. Oksigen çatmamazılığı nəticəsində yaranan hipoksik işemik ensefalopatiya, qıcolmalar və vaxtından tez doğulma serebral iflicin yaranma riskini artırır.

Şəkərli diabet —  hamiləlik zamanı yaxşı idarə olunmazsa, körpə ananın qanında olan yüksək şəkərin səviyyələrinə məruz qalır. Bu, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra körpəyə mənfi təsir göstərə bilər.

Diabetli anaların körpələr daha böyük çəkidə anadan olurlar, xüsusən də diabet yaxşı idarə olunmursa. Bu, vaginal doğumu çətinləşdirə bilər və doğuş zamanı travma riskini artıra bilər.

Bu uşaqldarda doğuşdan qısa müddət sonra və həyatın ilk bir neçə gün ərzində qandə şəkərin az olması müşahidə olunur (hipoqlikemiya) . Bunun səbəbi odur ki, körpə ana bətnində  lazım olduğundan daha çox şəkər alır və bu yüksək şəkəri tənzimləmək üçün insulinin səviyyəsi də yüksəlir. Doğuşdan sonra körpənin insulin səviyyəsinin normallaşması günlər çəkə bilər və artıq olan insulin körpənin normal olan qan şəkərini aşağı sala bilər.

Dölün yüksək bədən kütləsi, doğuşdan sonra olan hipoqlikemiya, uşaqda qırmızı qan hüceyrələrinin sayının çox olması (polisitemiya) və onun nəticəsində yaranan yeni doğulmuşların sarılığı, vaxtından tez doğum anada diabetin düzgün kontrol olunmadığı halda yaranan tibbi vəziyyətlərdir. Sadalanan bütün vəziyyətlərdə beyin zədələnməsi və nəticədə serebral iflicin yaranma riski var.