Serebral İflic tibb işçisinin səhvlərindən qaynaqlana bilər?

141

Bəli, ola bilər. Perinatal asfiksiya (körpənin doğumda oksigensiz qalması) uşaqlıqdan plasentanın doğumdan daha əvvəl ayrılması, göbək ciyəsinin uşaqdan daha əvvəl xaricə çıxması, ananın təzyiqinin düşməsi, ya da doğumun son mərhələsində başın doğum kanalında sıxılması kimi fərqli səbəblər ilə yanaşı tibb mütəxəssislərinin səhvləri zamanı baş verə bilər.

Serebral ifliclə nəticələnə bilən tibb işçisi səhvləri ümumiyyətlə üç kateqoriyaya bölünür:

Hamiləlik öncəsi və hamiləlik zamanı kafi tibbi nəzarət (Məsələn, qadını hamiləlik öncəsi profilaktik müayinəsi, infeksion xəstəliklərdən qorunması üçün peyvəndlərin aparılması).

Doğuş və doğuş zamanı yaranan ağırlaşmalar (Məsələn, həkimlər, tibb bacıları və digər tibb mütəxəssisləri tərəfindən doğuş zamanı dölün ürək monitorinqini aparılmamsı və tibbi müdəxilələrin gecikməsi)

Doğuşdan sonra pediatrik xidmətin düzgün aparılmaması (Məsələn, bilirubinin yüksək olduğu halda fototerapiya və s tibbi müdaxilələrin gecikməsi)