Serebral İflicin hansı formaları var?

169

Serebral İflici hərəkət pozğunluğunun əsas növünə görə təsnif edilir:

Gərgin əzələlər, əzələ tonusunun yüksək olması (spastiklik).

Ətrafların, bədənin, üz əzələlərinin, dilin idarə olunmayan hərəkətlər (diskineziya).

Zəif müvazinət və koordinasiya (ataksiya).

Serebral İflicin dörd forması var:

Spastik (ən çox yayılmış serebral iflic növüdür)

Hərəkət və sürət artdıqca əzələlərdə sərtliyin artması müşahidə olunur.

Uşağı nə qədər sürət ilə hərəkət etdirsəniz, bir o qədər çox hərəkətə qarşı sərtlik və ya müqavimət hiss edəcəksiniz. Həyəcanlandıqda, kədərləndikdə, qorxduqda (həddindən artıq emosiya fonunda) və ya hər hansı bir fəaliyyətə cəhd edərkən əzələlərdə müqavimət artır və hərəkət çətinləşir.

Diskinetik (hərəkətlər dəyişdirilir və iradəsizdir)

Əsas növləri:

Distoniya – davamlı və ya fasilələrlə əzələrdə sıxılma müşahidə olunur və bu vəziyyət anormal duruşlara, təkrarlanan və/və ya bükülmə hərəkətlərə səbəb olur. Uşağın əzələləri sərt və süst olma vəziyyəti ilə dəyişir, yuxuda olduğu vaxt əzələlər boşalır.

Athetoz – hərəkətlər daha yavaş,  davamlıdır və qıvrılan hərəkətə bənzəyir.

Xorea – qısa, kəskin, nizamsız və gözlənilməz olan qeyri-iradi hərəkətlərlə xarakterizə olunur. Yüngül xoreyası olan insanlar hərəkətsiz və ya yöndəmsiz görünə bilər, daha şiddətli xoreiform hərəkətləri olan insanlar isə amplituda böyük olan şiddətli hərəkətlər göstərə bilər.

Ataksik

Ataksiya olan uşaqlar tez-tez daha süst olurlar, tarazlıqda və bədənlərini oriyentasiyada çətinlik çəkirlər. Tremorlar (titrək hərəkətlər) tez-tez müşahidə olur.

Serebral iflicdən əziyyət çəkən uşaqlarda tez-tez yuxarıda göstərilən motor növlərinin qarışıq forması müşahidə olur. Müalicə komandası uşaqda hansı motor növün üstünlük təşkil etdiyini təyin etməli və reabilitasiya proqramını buna əsasən tərtib etməlidir.