Serebral İflicin müalicəsi necə aparılır?

190

Serebral İflici tam sağalda biləcək, beyin zədəsini yox edəcək xüsusi dərman müalicəsi yoxdur, lakin mövcüd olan müalicə üsulları ayrı-ayrı əlamətləri yüngülləşdirir.

Serebral İflicin əlamətləri çox fərqlidir. Buna səbəb zədənin müxtəlif növdə və fərqli beyin səviyyəsində olmasıdır. Bir uşaqda Serebral İflicin yegənə əlaməti hərəkət mərhələlərində gecikmədir (məsələn, ayına uyğun olaraq oturmaq, ayaqda durmaq və ya yerimək kimi). Digər uşaqda hərəki pozuntu ilə yanaşı nitq, görmə və ya eşitmə problemləri də qeyd  oluna bilər.

Serebral İflic diaqnozu qoyulduqdan sonra, fərqli mütəxəssislədən ibarət olan komanda uşaq və ailə üzvləri ilə birlikdə uşağa tam potensialına çatmasına kömək etmək üçün bir müdaxilə planı tərtib etməlidir. Ümumi müalicə üsullara daxil olanlar: dərman preparatları, cərrahi müdaxilələr, breketlər, ortez və s avadanlıqlar,rehabilirasiya proqramları, psixoloq, xüsusi müəllim və əmək terapiyası.

Müalicə planına qərar verməzdən əvvəl, bütün risklər və faydalar qiymətləndirilməlidir. Müalicə proqramına mümkün qədər erkən başlamaq vacibdir.

Təəssüflər ki, Serebral İflici tam sağalda biləcək, beyin zədəsini yox edəcək xüsusi dərman müalicəsi yoxdur, lakin mövcüd olan müalicə üsulları ayrı-ayrı əlamətləri yüngülləşdirir.