Serebral İflicin yaranmasında əsas səbəb nədir?

133

Serebral İflicin yaranmasına  əsas səbəb doğuş zamanı oksigen çatışmazlığı gətirilsə də son elmi araşdırmalar oksigen çatmamazığının yalnız az sayda Serebral İflic hallarına səbəb olduğuna işarə edir.

Serebral İflicə səbəb olan zədə doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan sonra beynin hələ tam inkişaf etməmiş müddətində baş verə bilər. Doğuşdan əvvəl və ya doğuş zamanı baş vermiş zədə və ya beynin anormal inkişafı ilə əlaqəli Sİ anadangəlmə Sİ adlanır. 85-90% hallarda Serebral İflic anadangəlmədir və bir çox hallarda konkret səbəb məlum olmaya bilər.

Serebral İflicin kiçik bir faizi beynin doğuşdan 28 gündən çox müddətdə baş verən zədələnmə nəticəsində yaranır. Buna qazanılmış Serebral İflic deyilir. Qazanmış Serebral İflic ağır gedişli infeksion xəstəlik (məsələn, meningit) və ya kəllə-beyin travması nəticəsində yarana bilər.