Serebral iflicdən əziyyət çəkən uşaqlar üçün veb səhifə və mobil tətbiqin təqdimatı keçirilib (www.apa.az)

386

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan www.serebralders.az veb səhifəsi və mobil tətbiqinin təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, layihə rəhbəri Xalidə Rzayeva və digər ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.

Çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyəti haqqında danışıb.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva layihənin verəcəyi töhfələri diqqətə çatdırıb:

"Uşaqların inkişafında valideynin rolu çox böyükdür. Sözügedən layihə isə məhz bu inkişafa öz töhfəsini lazımi səviyyədə verəcək. Eyni zamanda, layihə sayəsində rəqəmsal bacarıqlar da inkişaf edəcək. Düşünürəm ki, həm veb sayt, həm də tətbiq serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyasına təkan verəcək".

Layihə rəhbəri Xalidə Rzayeva layihəni böyük bir komandanın ərsəyə gətirdiyini vurğulayıb:

"Layihənin əsas məqsədi serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların reablitasiyası üçüb valideynlərin bilgiləndirilməsi məqsədi daşıyır. Layihənin həyata keçirilməsi üçün bizim böyük bir komandamız yığıldı, videodərslər hazırlandı və nəticədə bu gün təqdimatını etdiyimiz sayt və tətbiq ərsəyə gəldi. İnanıram ki, layihə təyinatı üzrə məqsədinə nail olacaq".

Çıxışlar yekunlaşdıqdan sonra saytın və tətbiqin təqdimatı olub.

https://apa.az/az/sosial/serebral-iflicden-eziyyet-ceken-usaqlar-ucun-veb-sehife-ve-mobil-tetbiqin-teqdimati-kecirilib-732874