Uşağımda davranış problemləri olacaqmı?

183

İnkişaf etməkdə olan beyində hər hansı bir zədə davranış dəyişikliklərinə səbəb ola bilər. Bu, beynin zədələnmiş bölgələrindən asılıdır.Uşağınızı kiçik yaşlarından tanımağa çalışın, onun davranışlarına nəzarət edin. Kiçik yaşlarda davranış pozuntuları özünü əsəbilik, kapriz, başqa uşaqları vurmaq və s bu kimi əlamətlər ilə biruzə verə bilər.

Uşaq böyüdükcə öz fəqliliyini anladıqca həmyaşıdları ilə çətinliklər yaşayır, özünü onlar ilə müqaisə edir və bu onu məyis və əsəbi edə bilər. Bütün bunlar davranışlara təsir edir.

Serebral iflicli bəzi uşaqlar inkişafda çətinlik çəkirlər, diqqət və konsentrasiya bacarıqları yetərincə olmur. Müəyyən yanaşı gedən xəstəlikləri olan uşaqlar (məsələn, əqli gerilik, epilepsiya, autism) davranış problemlərinin ehtimalı daha yüksəkdir.

Çətinlikləriniz barədə pediatrınıza məlumat verin və ehtiyac olduqca psixoloq yardımını alın.