Uşağın Serebral İflic olmasını göstərən əlamətləri hansılardır?

137

Serebral İflic əlamətləri çox fərqlidir. Buna səbəb zədənin müxtəlif növdə və fərqli beyin səviyyəsində olmasıdır. Bir uşaqda Serebral İflicin yegənə əlaməti hərəkət mərhələlərində gecikmədir (məsələn, ayına uyğun olaraq oturmaq, ayaqda durmaq və ya yerimək kimi). Digər uşaqda hərəki pozuntu ilə yanaşı nitq, görmə və ya eşitmə problemləri də qeyd  oluna bilər.

Yaşa uyğun olan motor və ya hərəkət mərhələlərinə çatmaqda gecikmələr, qidalanmada olan çətinliklər, yaşına uyğun olaraq çəki və boyun artmaması, ümumi inkişafın yaşına uyğun olub olmaması, nitqin ləngiməsi  uşağa daimi nəzarət edən pediatrı ilə mütləq müzakirə olunmalıdır.