Layihə komandası

Ülviyyə Aslanova

Aslanova Ülviyyə 11 İyun 1979 – cu ildə Bakı şəhərində  doğulmuşdur. 1995 – ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və 2001– ci ildə oranı bitirib. 2001 – 2002 – ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rezidentura keçmişdir. O, 2002 – 2007 – ci illərdə Yaponiya Respublikasında Tohoku Universitetinin Tibb Məktəbində doktorantura təhsili almış və tibb üzrə fəlsəfə doktoru elmi adı almışdır. Həmçinin akademik fəaliyyət olaraq, 2003 – 2007 – ci illərdə Tohoku Universitetinin Tibb Məktəbinin Pediatriya şöbəsində müəllim köməkçisi çalışmış, 2006 – 2007 – ci illərdə Sendai city Hospitalın neonatal intensiv qayğı bölməsində assistant olmuş və 2020 – 2022 – ci illərdə  Harvard Tibb Məktəbinin Tibbi Mərkəzində keçirilən Fogarty Fellowship proqramında iştirak etmişdir. O, tibb, ictimai səhiyyə və sosial maarifləndirmə sahəsində bir neçə tədqiqat işlərində iştirak etmişdir və elmi məqalələri dərs olunmuşdur.

Ülviyyə Aslanova peşəkar həkimlik fəaliyyətinə 2007 – ci ildə Optimed Tibb Mərkəzində pediatr olaraq başlamışdır. 2009 – cu ildə isə öz təşəbbüsü ilə Mədinə Tibb Mərkəzini təsis etmiş və ona rəhbərlik etmişdir. 2021 – ci ildən başlayaraq hal – hazırda Ortopediatri Tibb Mərkəzində pediatr olaraq fəaliyyətini davam etdirir.

-->