Layihə komandası

Xalidə Rzayeva

Xalidə Bəşir qızı Rzayeva 5 Noyabr 1975 - ci il  tarixində Bakı şəhərində anadan olub. 1982 – 1992 ci illərdə Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992 – 1997 - ci illərdə Azərbaycan Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsində ali təhsil alıb. 2006 – 2007 - ci illərdə Bakı Pedoqoji Kadrların İxtisasartırma İnstitutunda Məktəbəqədər tərbiyənin Pedaqogika və metodikası ixtisasını almışdır. 2011 – 2015 - ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika - Psixologiya fakültəsinin Məktəbəqəər təlim tərbiyə ixtisası üzrə almışdır. 2003 - 2006 - cı illərdə Bakı şəhəri 105 nömrəli körpələr evi - uşaq bağçasında valideynlərin istəyinə əsasən yaradılan “İstedad mərkəzi” nə rəhbərlik etmişdir. Mərkəz uşaqların  xarici dil, yaradıcı və intellektual inkişafına xidmət etmişdir. 2006 - 2012 - ci illərdə 105 nömrəli körpələr evi uşaq bağçasında “İnklüziv Təhsil” pilot layihəsini həyata keçirmək üçün Koordinator təyin olunmuşdur. Layihə çərçivəsində  Autizm, Serebral iflic, Daun sindromu,  Görmə zəifliyi, Hiperaktivliik və Diqqət əksikliyi olan uşaqlarla işi icra edərək xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş təcrübəsi qazanmışdır. 2011 - 2015 - ci illərdə 105 nömrəli körpələr evi uşaq bağçasında Metodist vəzifəsində çalışmışdır. 2015 – 2016 - ci illərdə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsində Təlim - tərbiyə işləri üzrə Koordinator kimi fəalliyyət göstərmişdir. 2016 – 2020 - ci illərdə Peter Pan Uşaq Bağçasında Menecer kimi fəaliyyət göstərib. 2020 - ci ildən isə “Bağçam" Uşaq Bağçaları Şəbəkəsində Əməliyyatların İcrası üzrə Direktor kimi fəaliyyətini davam etdirir.

-->