365
Serebral İflic üzdəki əzələlərin incə koordinasiya etmək bacarığına, nitq üçün lazım olan ağız və dil hərəkətlərinə, eləcə də nitqi dəstəkləmək üçün lazım olan əlaqələndirilmiş nəfəs almaya təsir edir. Serebral iflicli uşaqlarda ünsiyyət bacarıqları öz fərdi trayektoriyası ilə inkişaf edir. Bəzi uşaqlar çətinlik çəkmədən sərbəst danışırlar. Digərləri hərəkətlərini idarə etməkdə çətinlik çəkdiklərindən başqaları tərəfindən asanlıqla başa düşülən nitq ifadə edə bilmirlər. Bu uşaqların defektoloq-loqoped məşgələlərinə ehtiyacı var.
Bir qism serebral iflicdən əziyyət çəkən uşaqlarda isə nitq bacarığı çox zəifdir. Mütəxəssislərin məsləhəti ilə alternative kommunikasiya strateqiyaları (kartlar, planşet və s) ilə uşaq ilə ünsiyyət qurulmasına cəhd göstərilməlidir.