375
Serebral İflic hər uşaq fərqli şəkildə təsir edir. Uşağa daimi nəzarət edən həkim və reabilitasiya komandası inkişafı izləyərək dəqiq proqnozlar verə biləcək.
Körpələrdə hərəkət patternləri və əzəzlə tonusu tədricən dəyişə bilər və serebral iflicin təsirini zamanla daha aydın müşahidə etmək olar.
Funksional qabiliyyətinin proqnozunu adətən iki yaşından sonra vermək mümkün olur.
Uşaq iki yaşında GMFCS təsnifatına (Gross Motor Function Classification System) əsaslanaraq dəyərləndirilir və gələcək üçün proqnozlar verilir.
I və II səviyyə ("yüngül") kimi təsnif edilən uşaq müstəqil yeriyəcək.
III səviyyə (orta dərəcəli serebral iflic) ilə yeriməyi yardımcı köməkçi vasitələri ilə öyrənəcək (Məsələn, çubuqlar və ya gəzinti çərçivəsi).
IV və V səviyyələri (daha ağır serebral iflic) hərəkət etmək üçün əlil arabasından istifadə edəcək.