Layihə komandası

Aygün Hüseynova

Hüseynova Aygün Zabit qızı, 25 yanvar, 1987 - ci ildə Göy-Göl rayonunda doğulmuşdur. 2002 - ci ildə 1 saylı Moskva Tibb Kollecinin Feldşer - Mamalıq fakültəsinə qəbul olmuşdur və 2005 - ci ildə oranı bitirib. 2004 – cü ildə 1 saylı Moskva kollecində müalicəvi uşaq masajı və idmanı üzrə təhsil almışdır. 2006 - cı ildən peşəkar formada uşaq masajı ilə məşğuldur. 2008 – 2009 - cu illərdə Mədinə Tibb Mərkəzində uşaq massajisti kimi işləyib. 2012 - ci ildə Akupresura (nöqtəvi çin masajı) üzrə sertifikasiyadan keçib. 2018 - ci ildə kinezeo lentləmə üzrə sertifikasiya keçib. 2021 - ci ildə CP Academy – də CP-li uşaqların reabilitasiyası üzrə sertifikasiyadan keçib. Narınc Psixologiya Mərkəzində Seneor İnteqrasiya (Duyu bütünləmə) üzrə sertifikasiyadan keçib. Arxipova Loqopedik və zond masajı üzrə sertifikasiya alıb. MAMR Mərkəzində Motor Ontoqenez üzrə sertifikasiyadan keçmişdir. Hal hazırda Rehab Baku Klinikasında çalışır.

-->