Aslanova Günel Nizami qızı 21 Mart 1988– ci ildə Bakı şəhərində doğulmuşdur. 2006 – cı ildə 2 saylı Baza Tibb texnikimuna daxil olub və 2009 – cu ildə oranı bitirib. 2009 - cu ildə Neftçilər xəstəxanasında əməliyyatdan sonra müalicəvi reabilitasiya mütəxəssisi olaraq fəaliyyətə başlayıb. Tələbə dövründə müxtəlif idman təşkilatlarının fəaliyyətində iştirak edib. 2010 -cu ildə Mədinə Tibb Mərkəzində müalicəvi idman mütəxəssisi vəzifəsində işinə davam etmişdir. 2014-cu ildən başlayaraq Türkiyənin İzmir şəhərində EMOT Hastanesi'nde, Termal reabilitasiya da hidroterapi eğitimi, Ege reabilitasiya mərkəzində uzay terapi eğitimi, kinesiotape eğitimi, LİV hospitalda serebral palsi və spasite proqram eğitimini almışdır. 2019 - cu ilde CORE-Mobilisation and Stabilisation COMPLEX CORE+ LEVEL 1 proqramı üzrə təlim almışdır. Theratogs təlimini isə 18 dekabr 2021 – ci ildə almışdır. 2020 -ci ildən Uşaq Ortopediatrik Akademiyasında əməliyyatdan sonra müalicəvi reabilitasiya və serebral uşaqlar, əqli problemləri olan uşaqlar ilə müalicəvi idman mütəxəssisi olaraq əmək fəaliyyətinə davam edir.