"Ağız Suyu STOP" Kateqoriyasının İzahı

559

Bu Video Təlimat vasitəsilə Siz kateqoriya haqqında məlumat və bu kateqoriyaya daxil olan videolardan istifadə ilə bağlı təlimat əldə edə bilərsiniz.

Video dərslərdən istifadə etməmişdən öncə təlimatı izləməyiniz məsləhətdir. Video dərsi izləməyə başlamamışdan əvvəl onun adını oxuyun, məşğələnin məqsədi, istifadə olunan ləvazimat və tapşırığın yerinə yetirmə prosesini mənimsəyin. Daha sonra isə öyrədilən bacarıqların mənimsəmə gündəliyini aparın və uşağın bacarığı nə dərəcədə mənimsəməsini ölçün.

Gün ərzində ən azı 1 saat (2 dəfə 30 dəqiqəlik məşğələ) uşaqla dərsi keçirdin. İlkin mərhələdə məşğələlər 5 dəqiqədən başlaya bilər, tədricən bu vaxt artmalıdır. Dərsin məqsədinə çatmamış, mürəkkəbliyinə görə daha çətin olan məşğələyə keçmək tövsiyə olunmur.

Video dərslərin Sizə faydalı olmasına ümid edirik.