Qayçı ilə xətləri kəsmək

288

Video dərsi izləməyə başlamamışdan əvvəl onun adını oxuyun, məşğələnin məqsədi, istifadə olunan ləvazimat və tapşırığın yerinə yetirmə prosesini mənimsəyin. Daha sonra isə öyrədilən bacarıqların mənimsəmə gündəliyini aparın və uşağın bacarığı nə dərəcədə mənimsəməsini ölçün.

Gün ərzində ən azı 1 saat (2 dəfə 30 dəqiqəlik məşğələ) uşaqla dərsi keçirdin. İlkin mərhələdə məşğələlər 5 dəqiqədən başlaya bilər, tədricən bu vaxt artmalıdır. Dərsin məqsədinə çatmamış, mürəkkəbliyinə görə daha çətin olan məşğələyə keçmək tövsiyə olunmur.

Video dərslərin Sizə faydalı olmasına ümid edirik.